Azərbaycan Dillər Universitetində (ADU) universitetin Pedaqoji (ingilis dili–alman dili) fakültəsinin 107 b qup tələbəsi Naidə Pirverdiyevanın təşkilatçılığı ilə Azərbaycan SSR-nın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Xalq üçün yaşanan ömür əbədidir" adlı tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Tədris işləri üzrə prorektor, doktor Vazeh Əsgərov, fakültə dekanları, kafedra müdirləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
İlk öncə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tələbələr akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar, Azərbaycan tibb elminin tarixində rolu, elmi fəaliyyətindən danışaraq Z. Əliyevanın istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar apardığını söyləyiblər, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olduğunu vurğulayıblar.
Tədbirdə ADU-nun Pedaqoji (ingilis dili– alman dili) və Pedaqoji (ingilis dili– fransız dili), həmçinin Filologiya və Jurnalistika fakültəsinin tələbələrinin iştirakı ilə Zərifə Əliyevanın həyatı və fəaliyyəti əks olunmuş "Əsl sevgi əbədidir" və "Xalq üçün yaşanan ömür əbədidir" səhnəcikləri nümayiş olunub.
Tələbələrdən Elnur Ağayev Ülkər Qurbanovanın pianinoda müşayiəti ilə "Küçələrə su səpmişəm", Nilufər Məmmədova "Anam" mahnılarını oxudular, Elnurə Cəfərzadə "Ana", İlahə Kərimli "Qadın ürəyi" şeirlərini söyləyiblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB