Ümumtəhsil məktəblərində laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 ümumtəhsil məktəbinə müxtəlif avadanlıqlar paylanılıb. SİA-nın məlumatına görə, bu məktəblərə 2 ədəd mobil araba, 16 ədəd Biochem və 16 ədəd Physio Labdiskləri, 2 ədəd İntel planşet verilib ki, bunların 31-i Bakı şəhəri üzrə məktəb və liseylərə, 9-u isə Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə məktəbləri arasında paylanıb. Həmçinin aprel ayının 20-dən etibarən həmin məktəblərdə biologiya, kimya və fizika fənlərini tədris edən müəllimlərə yerli təlimçilər tərəfindən 5 günlük təlimlər təşkil olunub. Təlimlərin may ayının sonunda bitəcəyi gözlənilir.
Müəllimlər üçün keçirilən təlimdə Labdisc texnologiyası ilə milli kurrikulum arasında inteqrasiya nəzərə alınaraq bu avadanlıq və proqram təminatı ilə tanışlıq, istifadə qaydaları, sadə və mürəkkəb təcrübələrin aparılması, laboratoriya hesabatlarının hazırlanması qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur. BioChem və PhysioGuide adlandırılan cihazların köməkliyi ilə isə 11 illik tədris sistemində şagirdlər müəllimlər tərəfindən əldə etdiyi nəzəri bilikləri bu cihazların bir neçə sensor düymələri vasitəsilə real müşahidəyə çevirmək fürsəti əldə edəcək.
Təhsil Nazirliyi ilə əməkdaşlıqda layihə çərçivəsində Edumedia- Azərbaycan şirkəti bu cihazlardan ən yüksək səviyyədə istifadəni təmin etmək üçün Globisens şirkətinin yüksək səviyyəli mütəxəssislərini Azərbaycana dəvət edərək 25 nəfərdən ibarət müəllim heyətinə 3 gün müddətində davam edən təlimçi təlimi təşkil edib. Təlimlərdə müəllimlər həm Labdisc cihazı, həm də proqram təminatı ilə tanış olub, onlardan istifadə qaydalarını mənimsəyiblər. Bu cihaz və proqram təminatı vasitəsilə bir sıra təcrübələri həyata keçiriblər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB