ABU da təhsil almış tələbələrə şad xəbər

ABU da təhsil almış tələbələrə şad xəbər

ABU-da təhsillərini yarımçıq qoyan tələbələrin Təhsil Nazirliyində attestatlarının qaytarılmasına başlanılır. SİA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, ilkin mərhələdə 5000 attestatın qaytarılmasına başlanılacaq. Gələn həftədən etibarən tələbələr qaynar xəttə müraciət edərək, şəxsiyyət vəsiqələri ilə II və III günlər nazirliyin qəbul şöbəsinə yaxınlaşa bilərlər. Attestatın çoxluğundan, proses davamlı olaraq həyata keçiriləcək.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə