Nəticələr açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına bu il aprelin 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. TQDK-dan verilən xəbərə görə, bakalavrlar imtahanın nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytı vasitəsilə və ya mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar mayın 7-dən 12-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da aprelin 29-dan mayın 1-dək (saat 10.00-dan 17.00-dək) Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Bakalavrlar Apelyasiya Komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə