Valideynlər mütləq izləsin
I sinfə qəbul başlayır

Azərbaycanda ilk dəfə Bakı məktəblərində 1-ci sinfə elektron qəbul başlayır.Mayın 1-dən başlayacaq prosesdə nələrə diqqət etmək lazımdır? "Xəzər Xəbər" prosesin təfərrüatlarını araşdırıb.

Bakıda övladı üçün qapı-qapı gəzib yaxşı məktəb axtarmaq ənənəsi tarixə qovuşur.Birincilərin yeni metodlarla ilk qəbuluna bir neçə gün qalıb.

May ayında həftənin I-VI günləri səhər saat 10-dan günorta saat 3-dək fəaliyyət göstərəcək işçi qruplar valideynlərin sənədlərini qəbul edəcəklər. Məktəb direktorlarının rəhbərlik edəcəyi işçi qruplar uşaqlarla tanışlıq müsahibəsi aparacaqlar.Uşağın fiziki və əqli vəziyyəti normal qəbul edilsə valideynə uşağın sənədlərinin qəbul olunduğunu bildirən qəbz veriləcək.

Prosesdə maraqlı məqamlardan biri də valideynin uşağın hansı müəllimin sinfində oxumağını istəməsi fikrinə önəm verilməsidir.Valideynin bu seçiminə xüsusi diqqət yetiriləcək.

Elektron üsulla şagird qəbulu vətəndaşların da ürəyincədir.

Mayın 31-i prosesin birinci mərhələsi yekunlaşır.İkinci mərhələ isə avqustun 1-dən sentyabrın 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə