Nəticələr açıqlandı

Rus bölməsinin abituriyentləri üçün "Azərbaycan dili" fənnindən keçirilmiş imtahanın nəticələri elan olundu. TQDK-dan verilən məlumata görə, abituriyentlər nəticələrlə iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilər. Yaxın dəqiqələrdə nəticələr TQDK-nın internet saytında da yerləşdiriləcək.

Qeyd edək ki, TQDK aprelin 26-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirib.

Qeyd olunan şəhərlər üzrə ümumilikdə 20 mərkəzdə təşkil olunub.

Aprelin 26-da keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2015-ci il iyulun 7-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə