Ərizələrin qəbulu davam edir

Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, ərizə qəbulu elektron formada internetlə aparılır və aprelin 30-dək davam edəcək.

Qəbul imtahanları əvvəlki illərin məzunları üçün mayda, cari ilin məzunları üçün isə iyulda keçiriləcək. Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə