"Yaxın gələcəkdə Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışı gözlənilir". Bu barədə SİA-ya Bakı Ali Neft Məkətbinin (BANM) rektoru Elmar Qasımov məlumat verib.
O bildirib ki, ali məktəbin müasir tələblərə cavab verəcək kampusunun tikintisi davam edir. Onun sözlərinə görə, məktəbin yeni kampusu Qafqazda regionunda ən böyük kampus olacaq: "Kampus tikildikdən sonra universitetin nəzdində yeni ixtisasların tədrisinə başlanılacaq. Kampus Bakının gözəl yerlərindən biri olan Bibiheybət rayonu ərazisində tikilir. Son tamamlama işləri həyata keçirilməkdədir. Kampusumuz açıldıqdan sonra ali məktəbin genişlənməsi istiqamətində işlərimizi davam etdirəcəyik. Ölkəmizin iqtisadiyyatının inkişafı üçün önəmli olan yeni ixtisasların tədrisinə başlayacağıq".
E. Qasımov BANM-la bağlı digər planlardan da danışıb. O deyib ki, Bakı Ali Neft Məktəbinin daxilində alternativ enerji üzrə tədqiqat mərkəzinin açılması gözlənilir: "BANM-da Almaniya universiteti və şirkəti ilə birlikdə bərpaolunan enerji üzrə tədqiqat mərkəzinin yaradılmasına başlamışıq. Bu alternativ enerji mənbələrinin öyrənilməsi istiqamətində yeni tədqiqat mərkəzi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB