Bilik Fondu Ağstafada FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində vətənpərlik mövzusunda tədbir keçirilib. Fonddun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, tədbirdə BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında milli-mənəvi dəyələrin rolu" adlı mühazirə ilə çıxış edib.

Mühazirəçi Ümummilli lider Heydər Əliyevin "hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" sözləri ilə başlayıb və vətənpərvərlik ruhunun təməlinin məhz orta məktəbdə qoyulduğunu vurğulayıb.

Məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya iştirakçılara təqdim olunub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahhüseyn Qurbanov, Bilik Fondunun Ağstafa rayonu üzrə nümayəndəsi, 1 nömrəli tam orta məktəbin direktoru Leyla İsayeva, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev, rayonun müəllim və şagirdləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə