Lisey və gimnaziyalara qeydiyyat başa çatır

Lisey və gimnaziyalara qeydiyyat başa çatır

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın 5-dən başlayaraq aparılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sİa-ya verilən xəbərə görə, proses sentyabrın 15-dək davam edəcək.

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat isə martın 15-dən etibarən həyata keçirilir.

Qeyd edək ki, elektron qeydiyyat bu gün (15 aprel) 00:00-da başa çatacaq.

Seçim üçün müsabiqələr (imtahanlar) aprel-may aylarında həyata keçiriləcəkdir. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə