Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Polşa Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib. Universitetdən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan rektor, professor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirib və Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. O, Azərbaycan və Polşa arasında olan əlaqələrdən danışaraq iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığın olduğunu qonağın diqqətinə çatdırıb. Rəhbərlik etdiyi ali təhsil ocağı haqda danışan rektor, professor Səməd Seyidov universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisasların mövcud olduğunu vurğuladı. O, universitetdə polyak dilinin tədris olunduğunu bildirdi və tələbələrin bu dilə xüsusi maraq göstərdiyini qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən Polşa Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka universitetdə olmaqdan məmnun olduğunu dilə gətirib. O, ADU-da polyak dilinin tədrisini yüksək qiymətləndirib. Səfir Polşa universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün bir çox imkanların yaradılmasının mümkünlüyündən söz açıb. O, universitetdə polyak dili kurslarınıın açılmasının məqsədə uyğun olduğunu bildirib və bu kurslar sayəsində tələbələrin Polşanın dili, tarixi, mədəniyyəti, incəsənəti haqqında daha çox məlumat ala biləcəklərini sözlərinə əlavə edib.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB