Mikayıl Cabbarov yeni səfirlə görüşdü

Mikayıl Cabbarov yeni səfirlə görüşdü

Bu gün təhsil naziri Mikayıl Cabbarov Polşaın Azərbaycana yeni təyin olunmuş səfiri Marek Tsalkanı qəbul edib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, təhsil naziri polşalı diplomatı yeni vəzifə təyinatı münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri, iki ölkədə həyata keçirilən təhsil islahatları və faydalı təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə