AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı Rəfiqə Ağakişiyeva 1-6 iyun tarixlərində Paris şəhəri yaxınlığında Sevresdə keçiriləcək beynəlxalq seminarda iştirak edəcəkdir. SİA-nın məlumatına görə, Fransa Xarici İşlər Nazirliyinin, Fransa Təhsil Nazirliyinin və "La main a la pate" Fondunun təşkilatçılığı ilə baş tutacaq "Məktəbdə elm və təhsil" 6-cı beynəlxalq seminar Sevresdə Beynəlxalq Təhsil Mərkəzinin binasında keçiriləcəkdir. R.Ağakişiyeva bu beynəlxalq seminarda "La main a la pate" Fondunun direktorunun dəvəti ilə ekspert kimi Azərbaycanı təmsil edəcəkdir. Dünyanın 45 ölkəsindən 50 nəfərin qatıldığı bu beynəlxalq seminarın və eləcə də "La main a la pate" Fondunun məqsədi elmin təhsilə intiqrasiyasını genişləndirmək, müəllimlərə kömək etmək, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, pedaqoji və elmi resursların hazırlanması və yayımlanması, elm və təhsilin inkişafına alim və sənayeçilərin cəlb olunmasından ibarətdir.
Qeyd edək ki, "La main a la pate" Fondu 1998- ci ildə yaradılmış, dünya üzrə 3 regional şəbəkəyə (Avropa Birliyi, Cənub-Şərqi Asiya və Latın Amerikası) qoşularaq 50-dən çox ölkə ilə əməkdaşlıq edir. "La main a la pate" Fondu eyni zamanda Fransa Təhsil Nazirliyi, Fransa Ali Təhsil və Elmi-tədqiqatlar Nazirliyi, Fransa Xarici İşlər Nazirliyi, Sosial Birlik və Bərabər İmkanlar üzrə Milli Agentlik, İnvestisiya perspektivləri və Fransa Texnologiyalar Akademiyası ilə partnyorluq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB