Azərbaycan Universitetində “Karyera günü” keçiriləcək

Azərbaycan Universitetində “Karyera günü” keçiriləcək

Aprelin 20-də Azərbaycan Universiteti Biznes Məktəbinin tərkibində fəaliyyət göstərən Gənc İqtisadçılar Klubunun təşəbbüsü və təşkilatçılığı ilə bu ali məktəbin ikinci tədris binasında "Karyera günü" keçiriləcək. Universitetdən bildiriblər ki, "Karyerada ilk addım" devizi ilə reallaşdırılacaq tədbirdə müxtəlif profilli şirkət və müəssisələr öz vakansiyalarını təklif edəcəklər. Bütün işəgötürən və işaxtaranlar "Karyera günü"nə dəvətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə