Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və London Universitetinin London İqtisadiyyat Məktəbi arasında Memorandum imzalanıb. SİA-nın məlumatına görə tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, əməkdaşlıq sazişi nəticəsində azərbaycanlı tələbələr universiteti tərk etmədən Bakıda London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edə biləcəklər: "Bu əməkdaşlıq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində dəyişərək hər gün modernləşən, dünyada tolerantlıq modelinə çevrilmiş Azərbaycana inamın formalaşmasına bariz nümunədir. Birmənalı olaraq demək istəyirəm ki, bu əməkdaşlıq təşəbbüsü Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarova məxsusdur. Bu təşəbbüsün reallaşdırlması üçün dair konkret yol xəritəsini də məhz Təhsil naziri Mikayıl Cabbarov vermişdir. Biz bu gün Azərbaycan Dövlət İqtisad Universitetində dünya bazarında rəqabət apara biləcək kadr hazırlığı istiqamətində böyük bir addım atırıq. Biz həmçinin LCCI (London Ticarət və Sənaye Şurası) sertifikatına qoşuluruq. LCCI beynəlxalq sertifikatı dünyanın bir çox tanınmış universitetləri və şirkətləri tərəfindən tanınır. Bu sertifikat dünyanın 80 ölkəsində əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yaradır".
Daha sonra çıxış edən Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Təhsil Nazirliyi hər zaman ali məktəblərin beynəlxalq əməkdaşlığını dəstəkləyib: "Azərbaycan Respublikasının Təhsil nazirliyi hər zaman dövlətin təhsil siyasətinin icrası qurumu kimi hər zaman Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin dərinləşməsini dəstəkləyir. Bu müstəvidə bu gün bu memarandumun imzalanması Azərbaycan Respublikası təhsil sisteminə qabaqcıl beynəlxalq təcrübənin gətirilməsi üçün çox mühüm bir addımdır. Azərbaycanda milli kadrların bu proqrama cəlb olunması gənc və istedadlı kadrların hazırlanması istiqamətində çox əhəmiyyətlidir."
Daha sonra tədbirdə London İqtisadiyyat Məktəbinin dərəcə proqramının və LCCI proqramının təqdimatı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB