Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında müəllim və tələbələrlə görüş keçirib. Fondun informasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, görüşdə Fondun həyata keçirdiyi maarifləndirici layihələrlə bağlı ətraflı məlumat verən Şamaxı rayonu üzrə nümayəndə, Sabir qəsəbə məktəbinin direktoru Gülnur Babaşova gəncləri Bilik Fondunun Könüllüləri Birliyinə qoşulmağa çağırıb. Onun sözlərinə görə, gələcək müəllimlərin elə tələbəlik illərindən maarifçilik fəaliyyətinə dəstək verməsi təqdirəlayiqdir.
Ölkəmizdə uğurla aparılan gənclər siyasətindən bəhs edən tələbələr Fondun işində yaxından iştirak etmək arzusunda olduqlarını bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB