Aprelin 2-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq poeziya gün"nə həsr olunmuş "Klassik Çin poeziyasının şah əsərləri" mövzusunda oxucu müsabiqəsi keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, müsabiqənin keçirilməsində əsas məqsəd tələbələri qədim Çin şairlərinin yaradıcılığı və əsərləri ilə tanış etmək, tələbələrin oxuculuq mədəniyyəti, yaradıcılıq bacarıqlarının formalaşması və inkişafına təkan verməkdən ibarət idi.
Ədəbi və xarici dillər üzrə təhsillərin yüksək səviyyədə inkişafı üçün Çin dilində bədii mətnlərin tərcümə edilməsinin əhəmiyyətinə diqqət çəkən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov müsabiqədə iştirak qaydalarını açıqlayaraq bildirdi ki, şeirlərin əzbər, ifadəli və orijinallığını saxlamaqla söylənilməsi, bədii şəkildə dinləyiciyə çatdırılması əsas şərtlərdir.
ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri təqdimatlarla klassik Çin musiqinin müşayəti ilə Li Bo, Du Fu, Li Xouçju, Su Şi və başqa görkəmli şairlərin şeirlərini söylədilər, yaradıcılığında Çinlə bağlı mövzulara toxunan məşhur azərbaycanlı şairlər haqqında danışdılar.
Tələbələrin çıxışlarından sonra münsiflər heyəti-Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva, ADU-nun Çin dili müəllimləri Könül Abbasova və Ayquli İmamuaçi üç nominasiya üzrə qalibləri müəyyən etdilər.
Ədəbi tədbir çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ADU-nun əməkdaşı Vahid Əlioğlunun "Təkcə sənsən ürəyimdə", "Sevən ürək həsrət çəkər" və Könül Əfqan qızının "Könül duyğuları", "Bu dünyanın qonağıyıq" şeir kitablarının təqdimatı keçirildi.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB