Nazir: "Bu, cənab Prezidentin Sərəncamına əsasən həyata keçirilir” AÇIQLAMA

Nazir: "Bu, cənab Prezidentin Sərəncamına əsasən həyata keçirilir” AÇIQLAMA

"Müəllimlərin mart ayı üçün nəzərdə tutulan maaşları artıq ödənilib". SİA-nın məlumatına görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov hər bir müəllimə eyni şəkildə artımın tədbiq olunması ilə bağlı fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, maaş artımı ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi də açıqlama verib: "Müəllimlərin maaşı dərəcələr üzrə hesablanıb ki, hələlik konkret rəqəm söyləyə bilmirik. Çünki artırılan maaşda əlavə olaraq hər bir vətəndaş kimi fərqli gəlir vergisi tədbiq edilə bilər. Ona görə belə yanaşma olmamalıdır ki, hər bir müəllimə eyni şəkildə artım tədbiq edilir. Ümumi artıma gəlincə bu, cənab Prezidentin Sərəncamına əsasən həyata keçirilir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə