Bakı Slavyan Universiteti BTF ilə əməkdaşlığa hazırdır FOTO

Bakı Slavyan Universiteti BTF ilə əməkdaşlığa hazırdır FOTO

Bu gün Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə qonaqları salamlayan A. Hacıyev onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən şad olduğunu bildirib. Rektor BSU-nun yaranma tarixi, burada tədris edilən dillər, tələbə və müəllim heyəti, habelə universitet tərəfindən icra edilən genişmiqyaslı layihələr, keçirilən konfranslar barədə qonaqlara məlumat verib. Universitetin Federasiya ilə əməkdaşlığa hazır olduğunu deyən A.Hacıyev qonaqları BSU-da keçirilən Beynəlxalq Konfranslarda iştirak etməyə dəvət edib.
Görüşdə BTF-in prezidenti Henry Liu, birinci vitse-prezident Reiner Heard, vitse-prezident Silvana Marchetti, baş katib Sabine Colombe BTF-in nümayəndə heyəti kimi iştirak ediblər. Keçirilən görüşə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirən nümayəndələr, eyni zamanda BTF-in tarixi, fəaliyyəti barədə danışaraq BSU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə