Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) prezidenti Henri Liunin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. SİA-ya verilən məlumata görə, qonaqları salamlayan rektor, professor Səməd Seyidov onları universitetdə görməkdən məmnun olduğunu dedi. Universitetin yaranma tarixindən, beynəlxalq əlaqələrindən, təcrübə mübadilə proqamlarından, universitetdə mövcud olan Tərcümə fakültəsinin fəaliyyətindən danışan rektor, professor Səməd Seyidov Beynəlxalq Tərcüməçilər Federasiyası ilə ADU arasında əməkdaşlıqdan yüksək nəticələrin ərsəyə gələcəyinə inamını ifadə etdi.
Səmimi qəbula görə təşəkkür edən Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) prezidenti Henri Liu ADU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Qonaq BTF-in fəaliyyəti, həyata keçirilən tədbirlər, prioritet istiqamətlər haqqında ətraflı məlumat verdi. H. Liu Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının 2012-ci ilin oktyabr ayından BTF-ə müşahidəçi üzv kimi qəbul edildiyini diqqətə çatdırdı.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, qarşılıqlı təlimlər, seminarların təşkil edilməsi, təcrübə mübadiləsi, tərcümə ilə bağlı məsələlər, tərcüməçilərin maraqları və hüquqları haqqında fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB