Bilik Fondu jurnalist olmaq istəyən abituriyentlər üçün kurslar təşkil edəcək. Fonddan SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu TQDK-nın tərəfdaşlığı ilə "İlboyu bilik" proqramı üzrə "Yazmağı bacaracaqsan" layihəsi çərçivəsində jurnalist ixtisası almaq istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil edir.
Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq. Bakıda və regionlarda keçiriləcək təlimlərə ali məktəblərin jurnalistika fakültələrində dərs deyən müəllimlər və təcrübəli jurnalistlər cəlb olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB