İmtahana yazılış başladı

Azəraycanda keçiriləcək üçüncü sınaq imtahanına yazılış başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən xəbərə görə, abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə (http://eservices.tqdk.gov.az/sinaq/) şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə