Azərbaycanda keçiriləcək üçüncü sınaq imtahanına yazılış başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, komissiya tərəfindən abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılması nəzərdə tutulur.
Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB