"MDU-nun Bakı filialı uğurla fəaliyyət göstərir"

"MDU-nun Bakı filialı uğurla fəaliyyət göstərir"

Moskva Dövlət Universitetinin Bakı filialı mühüm filialdır və burada 500 tələbə təhsil alır. Bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru professor Viktor Sadovniçiy "Vestnik Kavkaza" xəbər portalına müsahibəsində deyib.

Bakı filialının uğurla fəaliyyət göstərdiyini qeyd edən professor filiala Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstək verildiyini və böyük diqqət göstərildiyini bildirib.

"Hazırda çox yaxşı yerdə gözəl kampus tikilib. Burada təhsil Moskva Universitetinin proqramına uyğun aparılır. Diplomlar da Moskva Universiteti tərəfindən verilir. Bu yaxınlarda Bakıda oldum və filialda mühazirə oxudum. Mənə elə gəlir ki, Azərbaycanda kadr hazırlığı üçün bura mühüm bir yerdir", - deyə rektor vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə