"Jurnalistika"ya qeydiyyat başladı

"Jurnalistika"ya qeydiyyat başladı

Azərbaycanda magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı (sorğu anketi) başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, həmin bakalavrların qeydiyyatı prosesi martın 29-da saat 17:00-da başa çatacaq. Qeydiyyatdan keçmək istəyənlərhttps://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/… linkindən istifadə edə bilərlər.

"Jurnalistika" ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçən bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni 31 mart tarixində çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə