Sınaq imtahanına yazılış başlayıb

Sınaq imtahanına yazılış başlayıb

Bu gündən Azərbaycanda keçiriləcək ikinci sınaq imtahanına yazılış başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, aprelin 12-də TQDK tərəfindən abituriyentlər üçün ikinci sınaq imtahanı keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar. Ətraflı məlumat üçün http://eservices.tqdk.gov.az/sinaq/ linkinə daxil olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə