Məktəblərdə yeni texnologiyalar sınaqdan keçirilir FOTOLAR

Məktəblərdə yeni texnologiyalar sınaqdan keçirilir FOTOLAR

Bu gün Təhsil Nazirliyi və "Edumedia-Azərbaycan" təşkilatının birgə həyata keçirdiyi elm fənləri-fizika, kimya və biologiya üçün nəzərdə tutulmuş layihə çərçivəsində müəllimlərin şagirdlərə yeni texnologiyalarla bağlı öyrətdikləri təcrübələrin icraatı ilə yaxından tanışlıq oldu. SİA-nın xəbərinə görə, layihədə iştirak edən müəllimlər öyrəndikləri təcrübələr əsasında şagirdlərlə birgə müxtəlif təcrübələr keçiriblər. Bakı şəhər 193 nömrəli tam orta məktəbin kimya laborotoriyasında şagirdlər BioChem və PhysioGuide adlandırılan cihazların köməkliyi ilə gündəlik qidalanmada istifadə olun bir sıra şirələrin tərkibinin müəyyənləşdirilməsi və müxtəlif şəraitdə insan ürəyinin ritmini ölçülməsi istiqamətində təcrübələr aparıblar. Şagirdlərin maraqla qarşıladığı yeni texnologiyalar vasitəsilə məktəblər İKT bilik və bacarıqlarını daha rahat və buna çıxış imkanı baxımından daha əlçatan şəkildə inkişaf etdirə bilərlər və müəllimlər şagirdləri üçün real sorğu yönümlü eksperiment aparmaq imkanı ilə təmin olunurlar.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə əməkdaşlıqda layihə çərçivəsində "Edumedia-Azərbaycan" şirkəti bu cihazlardan ən yüksək səviyyədə istifadəni təmin etmək üçün Globisens şirkətinin yüksək səviyyəli mütəxəssislərini Azərbaycana dəvət edərək 25 nəfərdən ibarət müəllim heyətinə 3 gün müddətində davam edən təlimçi təlimi təşkil etmişdir. Təlimlərdə iştirak edən müəllimlər cihazlardan istifadəni tam şəkildə öyrəndikdən sonra artıq bunu məktəblərdə şagirdlərə də praktiki olaraq başa salırlar.

Təhsil yönümlü yeni texnologiyalar dərs üzrə öyrənmə meyarlarına nail olmağa imkan yaradır, eləcə də elm fənləri və texnologiyanın möcüzələrindən istifadə etməklə şagirdlərin marağını oyatmaqda müəlimmlərin inamını gücləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə