TQDK imtahan keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib. SİA-nın xəbərinə görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada aparılıb.

Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

TQDK martın 15-də, həmçinin ölkənin bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirib. İmtahan 29 şəhər və rayonda təşkil olunub və bütün mərkəzlərdə imtahan prosesi təlimata uyğun aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə