II sınaq imtahanının vaxtı açıqlandı

II sınaq imtahanının vaxtı açıqlandı

TQDK tərəfindən abituriyentlər üçün ikinci sınaq imtahanı aprelin 12-də keçiriləcək. Komissiyadan SİA-ya verilən məlumata görə, həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 17-dən etibarən aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə