Ali məktəblərdə ixtisasların sayı artdı QƏRAR

Ali məktəblərdə ixtisasların sayı artdı QƏRAR

Nazirlər Kabineti Milli Təhlükəsilzik Nazirliyinin təklifini nəzərə alaraq "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edib. SİA-nın məlumatına görə, dəyişiklik xüsusi təyinatlı ali məktəblərdə ixtisasların sayının artırılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, xüsusi təyinatlı ali məktəblərdə bakalavriat və magistratura səviyyəsində yeni ixtisas - "İnformasiya-təhlil fəaliyyəti" ixtisası tədris ediləcək.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə