Təhsil naziri qəbul keçirir

Martın 10-da təhsil naziri Mikayıl Cabbarov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edir. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşların müraciəti dinlənilir, əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə