Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə Gədəbəy rayonunda vətəndaşların qəbulunu keçirəcək. TQDK-dan SİA-ya verilən xəbərə görə. qəbulda, Gədəbəy, Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul Martın 18-də, saat 13:00-da Gədəbəy rayon Mədəniyyət Mərkəzinin Aşıqlar evində keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Gəncə regional bölməsinə (Ünvan: Gəncə şəhər H.Əliyev meydanı.İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.
Bundan əlavə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy rayon Təhsil Şöbələrində 06 mart –17 mart 2015-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyat aparılcaq.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB