Pedaqogika və Psixologiya üzrə elmi şura keçirilib

Pedaqogika və Psixologiya üzrə elmi şura keçirilib

Bu gün AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 05 dekabr 2014-cü il tarixli, 9/1 saylı qərarına əsasən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (ARTPİ) nəzdində yaradılan Pedaqogika və Psixologiya Problemləri üzrə ELMİ ŞURA-nın ilk iclasi keçirilib. SİA-nın məlumatına görə, Təhsil Problemləri İnstitutunun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov öncə Elmi Şuranın ilk iclasına toplaşan, Şuranın tərkibinə daxil olan üvzlərin hamısını salamladı. Direktor çıxışında ARTPİ nəzdində yaradılmış Pedaqogika və Psixologiya Problemləri üzrə ELMİ ŞURA-nın fəaliyyətinin tənzimlənməsi və orada qeyd edilən məqsədlərin idarə olunması işində Pedaqoji Şura qarşısında çox ciddi tələblər qoyduğunu xüsusi vurğuluyub. Qulu Novruzov qeyd edib ki, geniş elmi və pedaqoji ictimaiyyəti əhatə edən şuranın işi ictimai əsaslarla nəzərdə tutulduğundan informasiya texnologiyalarının imkanlarından istifadə edərək prosesin sadələşdirilməsi və səmərəliliyinin artırılması vacib məsələlərdən biridir.

Məlumat üçün bidirək ki, AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qərarına əsasən ARTPİ-nin nəzdində yaradılan Pedaqogika və Psixologiya Problemləri üzrə ELMİ ŞURA-nın sədri Təhsil Problemləri İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovdur. Daha sonra iclası Elmi Şuranın sədri İntiqam Cəbrayılov davam etdirib. O, Elmi Şuranın əsas məqsədləri barədə danışıb:

Şuranın fəaliyyətinin tənzimlənməsi və idarə olunması işi institutun eyni adlı-əlaqələndirmə şöbəsinə həvalə edilmişdir.

Qeyd edək ki, yeni yaradılmış Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın tərkibinə 20 nəfərdən ibarət tanınmış pedaqoq və alimlər daxildir.

İclasda Şuraya daxil olmuş 56 şəxsin dissertasiya mövzularına baxılıb. BDU, BSU, ADU, Naxçıvan DU, TPİ, AMİ və s. elm-təhsil müəssisəsinin doktorant və dissertantların pedaqogika, metodika və psixologiya sahələrinin müxtəlif istiqamətləri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq üçün üzərində işlədikləri dissertasiya mövzuları müzakirə obyekti olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə