Bu gün BDU-nun Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib. BDU-dan SİA-ya verilən xəbərə görə, konfransın məruzəçiləri - fakültənin dekan müavini, dosent Sevinc Əliyeva "Milli-mənəvi dəyərlərin qoruyub saxlaması və bu məsələdə gənc yazarların rolu", Beynəlxalq jurnalistika kafedrasının müəllimi, filologiya elmləri namizədi Vüqar Əliyev "Milli-mənəvi dəyərlərin globallaşma şəraitində qoruyub saxlaması və onlara mediada əməl edilməsi problemi", elmi işçi Samir Mirzəyev isə "Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin fəaliyyət istiqaməti və mediada təbliğat formaları" mövzularında çıxış ediblər. Məruzələr auditoriya tərəfindən maraqla qarşılanıb, verilən suallar natiqlər tərəfindən cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB