Təhsil Nazirliyi "Ali Təhsil müəssisələri" "Facebook" səhifəsində aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin informasiya mübadiləsi baxımından fevral ayı üzrə statistikasını açıqlayıb. Respublikanın əksər ali məktəblərinin mətbuat katiblərinin təmsil olunduqları səhifədə ilk beşlik müəyyənləşib. Qrupun fevral ayı üzrə fəalı Bakı Dövlət Universiteti olub. BDU-dan SİA-ya verilən xəbərə görə, sonrakı yerləri Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Tibb Universiteti tutub.
Xatırladaq ki, Təhsil Nazirliyinin "Ali Təhsil müəssisələri" "Facebook" səhifəsinin yaradılması, işinin təşkili və qrup üzvlərinin fəaliyyətinin təkmilləşdirilməsində əsas məqsəd ölkəmizdəki təhsil islahatlarının nəticələrini və hər bir təhsil müəssisəsinin həyatında baş verən yenilikləri paylaşmaq, ali təhsil müəssisələri arasında informasiya mübadiləsini təşkil etmək, vahid informasiya siyasətini həyata keçirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB