Ədəbiyyat Muzeyinin əməkdaşı elmi ezamiyyətdə olub

Ədəbiyyat Muzeyinin əməkdaşı elmi ezamiyyətdə olub

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq Əlaqələr və Komparativistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli Hindistanın Guvahati Universitetində elmi ezamiyyətdə olub. SİA-nın məlumatına görə, Azərbaycan alimi universitetdə keçirilmiş "Ölməz sufi şairlərinin - Sədi, Hafiz, Xəyyam və Mövlananın müdriklik və düşüncələrinin XXI əsrdə aktuallığı" mövzusunda Beynəlxalq elmi konfransda iştirak edib.

Tədbirdə Şəfəq Əlibəylinin "Mövlana şeirində təzad daşıyan irfani istilahların poetik dialektikası" mövzusunda məruzəsi maraqla qarşılanıb. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, AMEA ilə birgə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılması barədə təkliflər irəli sürülüb. Konfransda Azərbaycanla yanaşı, Rusiya, İran, Pakistan, Banqladeşdən olan alimlər də iştirak ediblər.

Ş.Əlibəyli, həmçinin "Dünyanın yeddi yeni möcüzəsi"ndən biri olan Tac-Mahal türbəsini ziyarət edib. Təbrizdən gətirilən türk memarlarının yaratdığı bu tikili dünyanın ən gözəl və möhtəşəm türbəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə