Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Çin dili üzrə ixtisas imtahanı - HSK" adlı metodiki seminar keçirilib. Öncə Xocalı soyqırımında həlak olmuş insanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev çıxış edərək Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsinin zəruriliyini qeyd edib.
Təbdirdə "Qarabağ-info" beynəlxalq elektron jurnalının baş redaktoru Zaur Əliyevin müəllifi olduğu bir neçə xarici dildə nəşr olunan "Xocalı soyqırımı beynəlxalq cinayət kimi" adlı kitabı təqdim olunub.
Tədbirdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin Çin xalqına çatdırlması istiqamətində rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə məlumat verdi. O, HSK imtahanlarının keçirilməsi xüsusiyyətləri haqqında danışaraq dil bacarıqlarının CEFR Avropa sistemi ilə qiymətləndirilməsi, HSK test metodologiyasındakı oxşarlıqları qeyd edib.
ADU-nun IBT test Mərkəzinin direktoru Hökümə Abbasova, İngilis dilinin TOEFL Test xüsusiyyətləri, versiyaları və dil səviyyəsinin qiymətləndirilməsi haqqında ətraflı məlumat verib.
Seminar çərçivəsində universitetinin Çin dili müəllimləri Könül Abbasova və Ayquli İmamuaçi ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçdilər. Dərsdə HSK imtahanlarının əsas və orta səviyyəli məzmunu, dinləmə, oxu, qrammatik strukturları və digər məsələlərlə tələbələri tanış ediblər.
Seminarda, həmçinin ADU-nun Çinşünasları üçün "Çin dili" tədris proqramı müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB