“Kitab flashmobu” keçirilib

Bakı Slavyan Universtetində Ana dilinə həsr olunan "Kitab flashmobu" təşkil edilib. Universitetdən SİA-ya verilən xəbərə görə, layihənin təşkilatçıları BSU-nun "Kölgə Kabineti"nin üzvləri və YAP üzrə fakültə sədri Murad Hacıyevdir. İnnovasiya-Kommunikasiya Texnologiyası, Reklam və Sosial məsələlər və Tələbələrlə iş üzrə Müşavirlik xidmətlərinin və Tələbə Gənclər Təşkilatının üzvləri aksiyanın keçiriliməsinə yaxından dəstək olublar.

Layihənin həyata keçirilməsində əsas məqsəd BSU tələbələrini kitab oxumağa cəlb etmək, onlarda mütaliəyə maraq oyatmaqdır. Aksiyada müxtəlif ixtisaslar üzrə təhsil alan 70-dən artıq tələbə iştirak edib. İştirakçı olan bütün tələbələr daima kitab oxuyan tələbələrdir. Hətta onları "kitab qurdları" adlandırsaq yanılmarıq. Flashmob vasitəsilə tələbələr göstərmək istəyiblər ki, kitab oxumaq insana bilik verməklə yanaşı, həm əyləndirir, həm də yaxın dost qazandırır. Aksiya çərçivəsində gənclərin heç bir maneə tanımayaraq universitet dəhlizlərində əyləşib kitab oxumaları buna işarə idi.

Tələbələrlə birlikdə BSU-nun rektoru, professor Asif Hacıyev, Təlim-tərbiyə işləri üzrə prorektor Aygül Hacıyeva, Tədris işləri üzrə prorektor Telman Cəfərov, Təlim-tərbiyə şöbəsinin müdiri Yaqut Baxışova, Həmkarlar sədri Müxlisə Əliyeva, aksiyaya qoşularaq gəncləri kitab oxumağa dəvət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə