Ziyafət Əsgərovdan Fəzail Ağamalıya etiraz “Onda qayıdın Sovet dövrünə”
""Elm haqqında" qanun layihəsi Azərbaycan elmini "ölü nöqtə"dən çıxaracaq". SİA-nın məlumatına görə, bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
F. Ağamalı bildirib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin çiyinlərinə Azərbaycan elmində olan durğunluğu aradan qaldırmaq kimi ağır yük düşür.
Millət vəkilinin bu çıxışı Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərovun kəskin etirazına səbəb olub: "Deyirsiniz ki, Azərbaycan elmi "ölü" vəziyyətindədir. Əgər elm yoxdursa, siz özünüz diplomu necə, haradan alımısınız?".
Ali təhsil diplomumu SSRİ zamanında almışam deyə yerdən replika ilə cavab verən Fəzail Ağmalıya Ziyafət Əsgərov "Onda qayıdın Sovet dövrünə" - deyə, cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB