Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşanlar üçün "Baza fənləri üzrə test toplusu" adlı vəsait nəşr edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, vəsait baza tibb təhsili əsasında rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara tədris prosesində əldə etdikləri biliklərin operativ yoxlanılması və qiymətləndirilməsi, testlərlə işləmək vərdişlərinin möhkəmləndirilməsi, tədris olunan mövzuların daha yaxşı mənimsənilməsi işinə kömək məqsədilə hazırlanıb.
Vəsaiti TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB