Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) sədri Məleykə Abbaszadə fevralın 27-də Xaçmaz şəhərində vətəndaşlarla görüş keçirəcək. TQDK-dan SİA-ya verilən xəbərə görə, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilməsi nəzərdə tutulan qəbulda Xaçmaz rayonunun sakinləri ilə yanaşı Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Xaçmaz regional bölməsinə müraciət etmələri xahiş olunur. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon Təhsil Şöbələrinə də fevralın 17-si və 26-sı (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB