Təhsil Nazirliyi 2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqədə ölkədəki bütün ali təhsil müəssisəsinin bakalavr pilləsində I kursda əyani təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilər. SABAH qruplarında oxumaq istəyən tələbələrin qeydiyyatı artıq başlayıb. www.sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla tələbələr müsabiqəyə qoşula bilərlər.
6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə təşkil olunan müsabiqə 3 mərhələdə aparılacaq. İlkin mərhələdə tələbələrin akademik göstəriciləri qiymətləndiriləcək. İkinci mərhələdə tələbələr ingilis dili və məntiq üzrə test imtahanı verəcəklər. Bu prosesləri uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB