Millət vəkili: "Təhsil sistemində ciddi tələbkarlıq olmalıdır" AÇIQLAMA

Millət vəkili: "Təhsil sistemində ciddi tələbkarlıq olmalıdır" AÇIQLAMA

"Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdlərinin hərf yazıb, oxuya bilməməsi çox acınacaqlı bir vəziyyətdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı söyləyib. Bildirib ki, bu halların aradan qaldırılması üçün ilk növbədə orta məktəblərə keyfiyyət gəlməlidir: "Düşünürəm ki, təhsil sisteminə ciddi tələbkarlıq olmalıdır. Məktəb- valideyn əlaqələri gücləndirilməlidir. Tələblərə cavab verməyən şagirdlərin əlavə dərslər alması üçün imkanlar yaradılmalıdır. Müasir dövrdə şagirdlər nəinki minimal tədris proqramını öyrənə bilmir, hətta oxumağı və yazmağı bacarmayanlar da var. Bu cür böyük nöqsanlar aradan qaldırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə