Səfir BDU tələbələrinə mühazirə oxuyub

Səfir BDU tələbələrinə mühazirə oxuyub

Pakistan Respublikasının ölkəmizdəki səfiri Xalid Usman Qayser Bakı Dövlət Universitetində olub. SİA-nın verdiyi məlumata görə, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələrinə "Regionalizm və Qloballaşma: Azərbaycan və Pakistan üçün təhdidlər və həlli yolları" mövzusunda mühazirə oxuyan səfir Azərbaycan və Pakistan münasibətləri, ölkəsinin xarici siyasəti, qloballaşma haqqında danışıb. Tələbələri maraqlandıran sualları ətraflı şəkildə cavablandıran səfir onlara uğurlar arzulayıb.

Fakültənin dekanı, professor Zeynal Həsənalıyev maraqlı mühazirə üçün səfirə təşəkkür edib.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri vaxtaşırı olaraq BDU tələbələrinə mühazirə oxuyurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə