"Çin kinomatoqrafı: keçmişdən bu günümüzə” FOTO

"Çin kinomatoqrafı: keçmişdən bu günümüzə” FOTO

Fevralın 3-də Azərbaycan Dillər Universitetində universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Çin kinomatoqraf: keçmişdən bu günümüzə" adlı tədbir keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan-Çin arasındakı mədəni əlaqələrin uğurlu inkişafı, Çində təşkil edilən beynəlxalq film festivallarında müxtəlif mükafatlara layiq görülmüş Azərbaycan rejissorları haqqında danışıb. O, iki ölkə arasında film istehsalında əməkdaşlığın inkişafı üçün 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı "Kino, radio və televiziya sahəsində əməkdaşlıq haqqında protokol" imzalandığını xüsusi vurğulayıb.

ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri və müəllimlər milli tarixi, o cümlədən mental xüsusiyyətləri özündə əks etdirən Çin kino sənətinin mədəni fenomeni, Çin kinomatoqrafiyasının müxtəlif mərhələlərdə inkişafı, məşhur Çin rejissorların işləri, müasir Çin kinolarında qəhrəmanların bədii təsviri haqqında danışıblar.

Sonda yeni Çin bədii filmlərindən frqamentlər nümayiş edilib.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən "İlham Əliyev – iki qədim xalqların dostluğunun müasir davamçısı" adlı kitab qonaqlara hədiyyə edilib.

Qeyd edək ki, Pekin operasının süjet xətti əsasında çəkilmiş ilk Çin filminin buraxılışının 110 illiyinə həsr olunan tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı cənab Qu Min, ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə