SOCAR daxili təqaüd müsabiqəsinə start verib. SOCAR-dan SİA-ya daxil olan məlumata görə, müsabiqə 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələri arasında keçirilir. Təqaüdün aylıq məbləği 100 AZN təşkil edir.
Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Daxili Təqaüd Proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. Proqrama müraciət həmin sayt vasitəsilə onlayn qaydada 23 fevral 2015-ci ilə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB