Elçin Babayev: “Gənclərimizin elmə gəlişi yüksək sürətlə davam edir” AÇIQLAMA
"Gənclərimiz dünya səviyyəsində öz sözünü deyir. Bundan sonra da gənclərimizin fəal iş görəmələrini arzu edirəm". Bu sözləri bu gün Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) 2014-cü il üzrə I hesabat-seçki konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, gənclərimizin elmə gəlişi ilə bağlı fondlar da aktiv işlər görür, lakin bəzi kütləvi informasiya vasitələrinin elmlə bağlı yazılarının narahatlıq doğurur: "Bununla bağlı olaraq Akademiya və Fondlar fəal işlər görür. Gənclərimizin elmə gəlişi yüksək sürətlə davam edir. Fondlar olaraq kütləvi informasiya vasitələrinin nümayəndələrindən elmlə bağlı müsbət abuhava yaratmalarını ümid edirəm. Çünki bəzi kütləvi informasiya vasitələrində neqativ məlumatları görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB