Akif Əlizadə: “Gənclərimiz daha çox xarici dilləri öyrənməlidirlər” AÇIQLAMA

Akif Əlizadə: “Gənclərimiz daha çox xarici dilləri öyrənməlidirlər” AÇIQLAMA

"Bu gün Akademiya elmin inkişafına xüsusi dəyər verir". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) 2014-cü il üzrə I hesabat-seçki konfransında çıxışı zamanı AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. O bildirib ki, elmin inkişafının əsas dəstəkçisi Ümumilli lider Heydər Əliyev olub. Belə ki, Ulu öndərin hələ Sovet imperiyası dövründə xarici ölkələrə təhsil almaq üçün göndərdiyi tələbələr bu gün dövlətin mühüm vəzifələrini icra etməkdədirlər: "Elmin inkişafına Ümumilli lider Heydər Əliyevin Sovet dövründə göstərdiyi fəaliyyətindən irəli gəlir. Bu gün Azərbaycandakı bəzi nazirlər, qurum rəhbərləri o zaman Ulu öndərin dəstəyi ilə xaricə göndərilən tələbələrdir. Ölkəmizdə artıq elmi konfranslar keçirilir. Gənclərimiz xaricdə elmi konfranslar təşkil edirlər, toplantılarda çıxış edirlər".

Akif Əlizadə gənclərə tövsiyyə də etdi. Bildirdi ki, bu gün gənclərimiz xarici dilləri yaxşı öyrənməli və bunu elmin inkişafına yönəltməlidirlər. Bütün elmi inkişafın dayağında isə ölkə başçısı durur: "Bu gün gənclərimiz informasiya bolluğunu yaşayırlar. Gənclərimiz daha çox xarici dilləri öyrənməlidirlər. Çünki bu elmi araşdırmalarda xüsusi önəm daşıyır. Biz artıq gənclərimizin kosmik tədqiqatlar aparmağına üstünlük veririk. Bu gün cənab Prezident bütün görülən işlərin dayağıdır, dəstəkçisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə