Fərhad Hacıyev: "Alimlik dərəcəsinin verilməsi 29 yaşa qaldırılsa, yaxşı olar” TƏKLİF
"Ölkədə gənclərə xüsusi diqqət yetirilir". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) 2014-cü il üzrə I hesabat-seçki konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, Ulu Öndər gənclərə böyük önəm verib: "Gənclər gününün xüsusi qeyd olunması gənclərimizə verilən dəyəri göstərir. Ulu Öndər hakimiyyətə gəldikdən sonra ilk yaratdığı qurum Gənclər və İdman Nazirliyi olub".
Fərhad Hacıyev Akademiyada çıxışı zamanı təkliflər də irəli sürüb: "Gənclərə alimlik dərəcəsinin verilməsini 29 yaşa qədər qaldırılsa, yaxşı olardı. Elmimizin daha gənc olmasını istəyirik. Akademiya bu məsələni müzakirə etdikdən sonra qərar haqqında cənab prezidentə məruzə ediləcək. Ezamiyyət məsələlərinə də dəstək verilməlidir. Bütün bu təkliflərin Azərbaycan Milli Elmlər Akademiyası daxilində müzakirə ediləcəyinə ümid edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB