Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyi təsis edilib. Universitetdən SİA-ya verilən xəbərə görə, birliyin yaradılmasında əsas məqsəd gənclərin xarici ölkələrdə təhsil proqramlarının təbliği, tələbələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin təşviqi, habelə yaradıcılıq fəaliyyətinin inkişafına yardım göstərməkdir.
Birlik həmçinin, elmi araşdırmalar aparılması, müxtəlif kurs və seminarlar, dəyirmi masa, görüşlər, sərgilərin təşkilini də həyata keçirəcək. Ölkə və xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla müştərək layihələrin təşkili də birliyin fəaliyyət istiqamətinə daxil edilib.
Birliyin təsisçisi və sədri Uçot iqtisad fakültəsinin II kurs tələbəsi Səməd Rzazadədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB